Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Elmi Cərrahiyyə Mərkəzində qeyd olunub
10.05.2023 12:27

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Bu münasibətlə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) təntənəli tədbir keçirilib.

Aztibb.az-a mərkəzdən verilən məlumata görə, öncə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri düzüblər, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yubiley tədbirində çıxış edən ECM-in direktoru professor Rauf Ağayev Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, Azərbaycanın çiçiəklənməsi, qlobal arenada mühüm nailliyyətlərə imza atması naminə apardığı siyasətdən danışıb.

Ulu Öndərin səhiyyəmizə göstərdiyi diqqət və qayğıdan söz açan R.Ağayev tədbir iştirakçılarına Heydər Əliyevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrdən də ətraflı bəhs edib.

“Heydər Əliyev İli” çərçivəsində ECM tərəfindən keçirilən silsilə tədbirlərdən söz açan professor Rauf Ağayev bu ilin mart ayında rəhbərlik etdiyi qurumun inzibati binasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşənin açıldığını xatırladıb. Qeyd edib ki, öz möhtəşəmliyi və təntənəsi ilə diqqət çəkən guşədə Ulu Öndərin ailə üzvləri ilə yanaşı, ömür yolunun müxtəlif dövrlərini, Azərbaycan ictimaiyyətinin nümayəndələri, tibb işçiləri ilə yaddaqalan görüşlərini əks etdirən maraqlı fotoşəkillər yer alıb.

Direktor, həmçinin bir neçə gün öncə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilmiş beynəlxalq elmi-praktiki konfransın elmi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, adıçəkilən konfransda dinlənilən məruzələri müasir səhiyyənin aktual problemləri, tibb elminin qlobal çağırışları nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

R.Ağayevin sözlərinə görə, ECM-in “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər planına uyğun olaraq bu ilin sonunadək silsilə tədbirlər davam etdiriləcək.

Çıxış edən digər natiqlər fəxr və qürur hissi ilə Ümummilli Liderin hakimiyyəti illərində səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması, Azərbaycan səhiyyəsinin dünyada tanıdılması üçün görülən işləri xatırlayıblar. Ulu Öndər Heydər Əliyevin miras qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində səhiyyəmizin, tibb elminin qazandığı ən son nailiyyətlərdən danışıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev