Sumqayıtda 4 nömrəli Şəhər Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
08.05.2023 12:57
Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyindəki 4 nömrəli Şəhər Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
 
STM-dən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə xəstəxananın baş həkimi Abdurəhim Cəfərov Ümumilli Lider Heydər Əliyevin həyat yolundan danışıb. Baş həkim qeyd edib ki, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. A.Cəfərov son illər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlardan bəhs edib.
 
Daha sonra xəstəxananın Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Könül Əfəndiyeva, Terapiya şöbəsinin müdiri Habil Əsmətov, İntensiv terapiya və reanimasiya şöbəsinin müdiri Qara Qarayev və tibb bacısı Fidan Quliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyev daim səhiyyənin inkişafına diqqətlə yanaşdığını, onun maddi-texniki bazasının möhkəmləndirilməsinin və kadr potensialının yaradılmasının qayğısına qaldığını vurğulayıblar.
 
Bildirilib ki, dahi şəxsiyyətin təşəbbüsü ilə səhiyyə sistemində aparılan islahatlar xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır