Xarici ölkənin doktarantı elmi işini ATU-da yerinə yetirir
07.05.2023 17:41

Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Ümumi biologiya və genomika kafedrasının doktorantı Aynaqulova Qaliya Siyundukovna akademik Bersimbayev Raxmetkaji İskendiroviçin elmi rəhbərliyi altında “Azbest tozunun məməlilərin orqanizminə molekulyar-hüceyrəvi təsirinin öyrənilməsi” adlı mövzusunun bir hissəsini yerinə yetirmək məqsədilə ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasına ezam edilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, o, indiyədək elmi işini yerinə yetirmək məqsədilə iki dəfə, ümumilikdə 25 gün (23 dekabr-04 yanvar 2023-cü il, 10-21 aprel 2023) Azərbaycan Tibb Universitetində olub və rektorun icazəsi ilə qonaq evində yerləşdirilib.

 

Tədqiqatçının əsas məqsədi işıq və elektron mikroskopik üsulların köməyi ilə azbestin təsirindən ağciyərlərin struktur elementlərində, əsasən də alveol və bronxların epitel hüceyrələrinin sitoplazmasında olan mitoxondrilərin utrastrukturunda baş verən dəyişikliklərin öyrənilməsidir. Ona görə də tədqiqatçının ilk ezamiyyə müddətində təcrübə heyvanlarından nümunələrin götürülməsi texnikası, toxumaların fiksə edilməsi, araldit-epon bloklarının hazırlanması, yarımnazik və ultranazik kəsiklərin Leica EM UC7 mikrotomu vasitəsilə aparılması, kəsiklərin müxtəlif üsullarla boyanması və ATU-nun Elmi Tədqiqat Mərkəzinin Elektron Mikroskopiya şöbəsində olan Transmission Elektron Mikroskopu (JEM-1400) vasitəsilə elektronoqrammaların alınması və İTEM proqramının köməkliyi ilə alınan şəkillər üzərində statistik hesablamaların aparılması əməkdaşlarımız tərəfindən öyrədilib. Bundan əlavə, araldit-epon bloklarının hazırlanmasında istifadə olunan reaktivlərin protokollar əsasında uyğun tərkiblərinin seçilməsi üzrə də təlim keçilib.

 

Tədqiqatçının növbəti ezamı dövründə isə artıq təcrübələr qoyulduqdan sonra özünün hazırladığı bloklar üzərində işlər aparılıb. Belə ki, təcrübə heyvanlarında ağciyərdən ilk olaraq normada (6 blok), sonra isə azbestin müxtəlif dozaları (0,25 və 0,5 mq) nəticəsində hazırlanan bloklardan (hər birindən 6 blok) 1 mkm qalınlığında yarımnazik kəsiklər hazırlanıb və boyandıqdan sonra işıq mikroskopunda tədqiq edilərək şəkilləri çəkilib. Həmin bloklardan 50-70 nm qalınlığında ultranazik kəsiklər hazırlanaraq TEM vasitəsilə şəkillər əldə edilib. Əsasən böyük böyüdücülərdə (80000-100000 dəfə) mitoxondrilər və onun struktur elementləri çəkilib.

 

Elektronoqrammalarda normada və azbestin təsirindən sonra mitoxondrilərin bir sıra əlamətləri statistik olaraq müəyyənləşdirilib.

 

İlkin nəticə olaraq, azbestin təsirindən ağciyərin sitoplazmatik struktur elementlərindən olan mitoxondrilərin daxili və xarici membranlarında şişkinlik, kristalararası məsafənin genişlənməsi və daxilində membranlı strukturların quruluşunun pozularaq mielinəbənzər cisimciklərin əmələ gəlməsi və s. patoloji dəyişikliklər aşkar edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub