"Bakı Marafonu”nda TƏBİB tərəfindən tibbi xidmət təşkil edilib
07.05.2023 17:06

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 briqadası "Bakı Marafonu"nda xidmət göstərmək üçün təhkim olunub. Tibbi briqadalar tərəfindən zərurət yarandığı hallar üzrə ilkin yardım göstərilib. 30-dək yarış iştirakçısına müxtəlif travmalar, arterial hipertenziya, hipotenziya səbəbilə yardım olunub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Eyni zamanda, TƏBİB tərəfindən “Bakı Marafonu”nun 45 nəfərədək supervayzer və könüllülərinə yarış iştirakçılarının səhhətində yarana biləcək problemlər zamanı ilkin yardım göstərə bilmələri üçün təlim keçirilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu" Təşkilat Komitəsi tərəfindən mayın 7-də "Küləyə qalib gəl" devizi altında keçirilən ümumrespublika yarışı idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

 

TƏBİB-in əməkdaşları da ümumrespublika yarışında iştirak edərək öz güclərini sınayıblar.

 

Yarışda kişilər arasında 1-ci yeri ukraynalı idmançı Boqdan Simonoviç qazanıb. Gürcüstanlı David Karataşvili finişə 2-ci, türkiyəli Arkan Çoban 3-cü çatıb.

 

Qadınlar arasında ukraynalı Natalya Simonoviç qalib olub. 2-ci yerdə türkiyəli Hasibe Demir, 3-cü yerdə ukraynalı Valentina Poltavska qərarlaşıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev