Zamirə Ədilova mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən master-klasda iştirak edib
06.05.2023 11:02

Media Tәhlil Mәrkәzinin (MTM) Heydər Əliyev Mərkəzi, Medianın İnkişafı Agentliyi (MEDİA), ADA University dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil etdiyi üç günlük master-klas başa çatıb.

 

Təlimdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova da iştirak edib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

3-5 may tarixlərində ADA Universitetində keçirilən beynəlxalq təlimin iştirakçıları müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulub, sosial media tәşәbbüslәrinin inkişaf etdirilmәsi ilә bağlı praktiki sessiyalarda iştirak ediblər.

 

Master-klasın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Serifikatların təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Media Təhlil Mərkəzinin Baş direktoru Vüqar Xəlilov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

 

Xatırladaq ki, master-klası London şәhәr Universitetinin jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev