Bakı Sağlamlıq Mərkəzində Dünya Əl Gigiyenası Gününə həsr edilən maarifləndirici tədbir keçirilib
06.05.2023 08:20

Bakı Sağlamlıq Mərkəzində 5 may - Dünya Əl Gigiyenası Gününə həsr edilən maarifləndirici tədbir keçirilib.

 

Aztibb.az-a Mərkəzdən bildirilib ki, tədbirdə müəssisənin icraçı direktoru, dos. Asiman Həsənov Dünya Əl Gigiyenası Gününün yaranma tarixi və bu günün əsas mahiyyəti haqqında məlumat verib. O, səhiyyə sistemi inkişaf etmiş ölkələrin tibb müəssisələrində infeksiyaların profilaktikası və buna nəzarətin təşkili ilə bağlı görülən işlərdən nümunələr gətirib. Bildirib ki, mərkəzdə infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin gücləndirilməsi yolunda silsilə işlər görülür və Bakı Sağlamlıq Mərkəzinin ÜST ilə əməkdaşlığı nəticəsində qurulan infeksiyaya nəzarət komitəsi də bu yolda atılan adddımlardan biridir.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) infeksiya xəstəlikləri uzmanı Muammer Çelik Azərbaycanın səhiyyə sahəsində sistemli infeksiya nəzarət proqramı qurmaq və pilot layihə kimi Bakı Sağlamlıq Mərkəzində bunu tətbiq etməkdən məmnunluq duyduğunu bildirib.

 

Mərkəzin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri, həkim infeksionist Ləman Qalimova çirkli əllərdə olan virus və bakteriyaların respirator xəstəlikləri, virus hepatitləri, bağırsaq infeksiyaları və COVID-19 kimi bir çox xəstəliklərin yayılmasını sürətləndirdiyini bildirib. Həkim infeksionist bu səbəbdən də indiki dövrdə tibb işçilərini olduqca diqqətli olmağa çağırıb.

 

Sonda Bakı Sağlamlıq Mərkəzinin və Ümumdünya Səhiyyə Təşkilatı əməkdaşlarının hazırladığı marifləndirici videoçarx təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev