ADHTİ-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
05.05.2023 17:47

Mayın 5-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Konfransın işində tanınmış yerli mütəxəssislərlə yanaşı, Ukrayna, Rusiya, Türkiyə, Özbəkistan, Çexiya, Avstriya və İtaliyadan alim və mütəxəssislər əyani və onlayn rejimində iştirak ediblər.


İlk olaraq tədbirdə Azərbaycan Respublikasınnın Dövlət Himni səsləndirilib.

 

Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib. O, çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirdi ki, hər bir xalqın taleyində dönüş yaratmağı bacaran bir ya iki insan olur ya olmur: “Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli Liderin rolu əvəzolunmazdır”.


Nazir müavini qeyd edib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib.

Sonra çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatların aparılmasında, səhiyyənin qanunvericilik bazasının təkmilləşdirilməsində böyük əməyi olduğunu qeyd edib.

Konfransın işində iştirak edən türkiyəli alimlər - Ümumdünya Otorinolarinqologiya Cəmiyyətinin vitse-prezidenti, Hacəttəpə Universitetinin professoru Metin Önerçi və Türkiyə Cumhuriyyəti Sağlıq Bilimləri Universitetinin professoru Necati Alkış iki qardaş ölkə arasında qırılmaz əlaqələrin olmasından söz açıblar. Qeyd edilib ki, səhiyyə sahəsində bu əlaqələrin təcəssümü çoxsaylı azərbaycanlı gənclərin Türkiyənin qabaqcıl universitetlərinin tibb fakultələrində təhsil almaları, əldə etdikləri müasir təcrübəni vətənə qayıdaraq iş yerlərində tətbiq etməklə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdir.

Amerika Ailə Həkimləri Assosiyasiyasının üzvü, professor Stiv Stoun Haus Heydər Əliyevin xalqlarımız arasında dostluq əlaqələrinin yaranmasında mühüm rol oynadığını vurğulayıb.
 
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Beynəlxalq elmi-praktik konfrans öz işini panel iclaslarla davam etdirib. Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin elmi-tədqiqat işlərinin nəticələrinə, eyni zamanda, tibb elminin aktual məsələlərinə həsr olunmuş məruzələri dinlənilib və mövzular ətrafında diskussiyalar aparılıb.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir