ATU-da “İctimai səhiyyə və peşə xəstəlikləri” mövzusunda konfrans keçirilib
05.05.2023 14:37
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Təbabətin aktual problemləri” beynəlxalq praktiki konqresi çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) “İctimai səhiyyə və peşə xəstəlikləri” mövzusunda konfrans keçirilib.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) Aztibb.az-a bildirilib ki, tədbirdə İSİM-in direktoru Qəhrəman Haqverdiyev ictimai səhiyyənin inkişafına həsr olunmuş konfransın əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş geniş spektrli fəaliyyətlərin müzakirəsi istiqamətində mühüm addım olduğunu vurğulayıb.
Sonra çıxış edən ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qaniyeva bu sahədə dərin biliklərə, səmərəli bacarıqlara yiyələnmiş mütəxəssis-həkimlərin hazırlanmasının böyük məsuliyyət tələb etdiyini bildirib.
ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva müasir dövrdə tibb işçilərinin əsas fəaliyyət istiqamətlərinin məhz yeni nəslin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yönəldiyini qeyd edib.
Konfransda Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun Peşə xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sevda Xəlilova “Azərbaycanda peşə xəstəliklərinin epidemiologiyası və profilaktikası” mövzusunda çıxış edərək peşə epidemiologiyasının inkişaf tarixi, tədqiqat metodları ilə bağlı məlumatları diqqətə çatdırıb.
İSİM-in direktoru Qəhrəman Haqverdiyevin “Sağlamlığın təşviqində innovativ yanaşmalar: milli təcrübə və qlobal nümunələr” mövzusunda geniş təqdimatı da maraqla qarşılanıb. Direktor vurğulayıb ki, müasir dövrdə səhiyyə sisteminin bütün səviyyələrində inkişafın innovativ yönümlü olması, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində yeni yanaşmaların, ən yeni rəqəmsal texnologiyaların tətbiqi vacibdir.
Daha sonra İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova çıxış edəeək QİX ilə mübarizə sahəsində İSİM tərəfindən görülən işlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə aparılan tədqiqat zamanı əldə olunmuş nəticələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
“İctimai səhiyyə qərarlarının qəbulunda sübuta dayanıqlı səhiyyə tədqiqatlarının tətbiqi” haqqında danışan İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova ÜST Avropa üzrə Regional Ofisinin dəstəyi ilə Azərbaycanda aparılan Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı, ÜST-nin qəbul etdiyi metodologiya üzrə Azərbaycanda keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC) və onun nəticələri, o cümlədən Səhiyyə Nazirliyi və İSİM tərəfindən sübutlu təbabət prinsiplərinə əsasən hazırlanan klinik protokollar barədə konfrans içtirakçılarına məlumat verib.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə “Dünyada və Azərbaycanda İİV/QİÇS epidemiyası, ölkədə olan epidemioloji vəziyyət, peşə təması, post kontakt profilaktika” mövzusunda təqdimatla çıxış edərək, dünyada və Azərbaycandakı epidemioloji vəziyyəti, İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydalarını diqqətə çatdırıb.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov İSİM tərəfindən 2021-ci ildən həyata keçirilən “Azərbaycanda səhiyyə işçiləri arasında COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi tədqiqatı” barədə məlumat verib, tədqiqatın gələcək tibbi araşdırmalara və elmi məqalələrin yazılmasına verə biləcəyi töhfələrdən bəhs edib.
Tədbirdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova “Epidemioloji tədqiqatlar epidemioloji nəzarətin təşkilinin əsası kimi: tarixi və inkişaf perspektivləri” barədə danışıb. Yeni nəslin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev “Tütün epidemiyası ilə mübarizə: beynəlxalq problemlər və yanaşmalar” mövzusunda geniş təqdimatla çıxış edib, ölkəmizdə əhalinin sağlamlığının qorunması, zərərli vərdişlərlə mübarizə istiqamətində İSİM tərəfindən görülən işləri nəzərə çatdırıb.
ATU-nun Uşaq- yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosentləri Səyyad Gürzəliyev, Zöhrə İsmayılova və Minayə Nəbiyeva, həmin kafedranın nümayəndələri Sədaqət Həsənova və Nərminə Cəfərzadə çıxış edərək, əhali arasında tibbi müayinələrinin aparılmasının təşkili və digər aktual məsələlərdən söz açıblar.
Konfransda İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Könül İsmayılova “İctimai sağlamlıq problemləri”, ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Fərəh Baxışlı “Qida davranışı pozuntusunun profilaktikasına tibbi, sosial və teoloji yanaşmalar”, Qidalanma və tibbi ekologiya kafedrasının nümayəndəsi Avaxanum Vəlibəyova “Şagirdlərdə faktiki qidalanma ilə vitamin çatışmazlığı əlamətləri arasında əlaqə” ilə bağlı təqdimatlarla çıxış edilbər.
Sonda iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

