İki dəfə kliniki ölüm keçirən, iyirmi gün koma vəziyyətində olan şəxsin həyatı xilas edilib - KTM
05.05.2023 08:05

Kliniki Tibbi Mərkəzdə (KTM) iki dəfə kliniki ölüm keçirən, iyirmi gün koma vəziyyətində olan şəxsin həyatı xilas edilib.

 

Aztibb.az-a KTM-dən verilən məlumata görə, 1970-ci təvəllüdlü şəxs qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

 

Aparılan müayinələr zamanı xəstəyə ağır qida zəhərlənməsi olan botulizm diaqnozu qoyulub.

 

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstə 20 gün süni tənəffüs aparatında koma vəziyyətində qalıb və bu müddət ərzində 2 dəfə kliniki ölüm keçirib. Spontan tənəffüs bərpa olunduqdan sonra xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində infeksionist, cərrah, kardioloq, nevroloqların ümumi müayinə və müalicəsi ilə xəstənin sağlamlığı bərpa olunub.

 

Məlumat üçün bildirək ki, botulizm diaqnozu qoyulan xəstələrin həyatda qalma ehtimalı çox aşağıdır. Bu xəstəlik daha çox konservləşdirilmiş qidalardan yaranır. Görmənin pozulması, göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksinin, nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəifləməsi, yerişin pozulması botulizmin əsas əlamətləri sayılır. Qeyd olunan simptomları hiss etdikdə həkimə və ya təcili tibbi yardıma müraciət etmək vacibdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev