ATU-nun rektoru İnönü Universitetinin professoru Sezai Yılmazla görüşüb  
04.05.2023 14:27
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İnönü Universitetinin professoru Sezai Yılmazla görüşüb.
 
Aztibb.az-a Universitetdən bildirilib ki, görüşdə professor Gəray Gəraybəyli qardaş Türkiyənin bu ağır günləri geridə qoyduğunu və türk xalqının tezliklə gücünü toplayıb ayağa qalxacağına inandığını bildirib: “Zəlzələdən sonra biz indiyədək görmədiyimiz ağır günləri yaşadıq. On minlərlə insan evsiz-eşiksiz qaldı, günlərlə aclıq keçirdi. Amma ən çətini əzizlərimizi itirməyimiz idi”.
G.Gəraybəyli “Təbabətin aktual problemləri – 2023” beynəlxalq elmi-praktik konqresinin fəxri qonağı olan professor Sezai Yılmaza ATU üçün əlamətdar olan günü paylaşdığına və tədbirdə iştirakına görə təşəkkürünü bildirib.
 
Professor Sezai Yılmaz həmin günlərdə Türkiyənin yanında olan, ilk köməyə gələn Azərbaycan xalqına və rəhbərliyinə təşəkkür edib. Qonaq, həmçinin ATU-da keçirilən “Təbabətin aktual problemləri – 2023” beynəlxalq elmi-praktik konqresinin əhəmiyyətini vurğulayaraq, tədbirin işinə uğurlar arzulayıb.
 
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.
 
Qeyd edək ki, professor Sezai Yılmaz Səhiyyə Nazirliyi və ATU-nun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” konqresi çərçivəsində Bakıda səfərdədir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev