Araşdırma: Yüngül idman döş xərçəngi riskini azaldır
03.05.2023 15:27

Bir araşdırmaya görə, bağçılıq və gəzinti kimi daha yüngül məşqlər etmək döş xərçəngi riskini 21 faizə qədər azalda bilər.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, İngiltərədə 48 000-dən çox qadın üzərində aparılan araşdırmada gəzinti, ev işləri kimi yüngül fiziki fəaliyyətlərin döş xərçəngi riskini aşağı saldığı ortaya çıxıb.

Tədqiqatda gündə 5 saat 45 dəqiqədən çox yüngül fiziki fəaliyyətlə məşğul olmağı bacaranların döş xərçəngi riski 21 faiz azalıb.

 

Mütəxəssislər deyirlər ki, hətta işləyən insanlar da işə piyada getsələr, nahar fasiləsində gəzintiyə çıxsalar, evə gələndə yemək bişirməyə, qab-qacaq yumağa və ev işlərini tamamlamağa vaxt ayırsalar, buna asanlıqla nail ola bilərlər.

 

Qlazqo Universitetində tədqiqata daxil edilən qadınlara fitnes izləyicisi quraşdırılıb və gündəlik həyatlarına normal davam etmələri xahiş edilib. 48 286 qadından ibarət iştirakçılar 39-71 yaş arasında olub.

 

Nəticələr göstərib ki, ən aktiv qadınların dörddə biri həftədə 2419 dəqiqədən çox yüngül fiziki fəaliyyətlə məşğul olub (gündə təxminən beş saat 45 dəqiqə).

 

Bütün qadınlar orta hesabla beş il yarım izlənilib və bu müddət ərzində onlardan 836-da döş xərçəngi aşkarlanıb. Yüngül fiziki fəaliyyətlə ən çox məşğul olanların döş xərçənginə tutulma ehtimalı ən az aktiv olan qadınların dörddə biri ilə müqayisədə 21 faiz az olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev