Genetiklər "kiborq hüceyrələr" yaradıblar
04.05.2023 09:51

Minilliklər boyu bəşəriyyət mikroblardan həm yararlanıb, həm də zərər görüb. Çörək və içki hazırlamaq üçün mayadan istifadə ən erkən nümunələrindən biridir. 

Aztibb.az solenka.info-ya istinadən xəbər verir ki, elm adamları təbii hüceyrələr üçün əlçatmaz mühitlərdə yaşaya bilən yarıcanlı "kiborq hüceyrələr" yaradıblar.

 

Sintetik biologiya mühəndislik prinsipləri ilə bioloji sistemlərə və orqanizmlərə yeni imkanlar təqdim edir. Canlı hüceyrələr dərman hazırlamaq, maddələri parçalamaq, hətta məlumatları saxlamaq üçün genetik olaraq dəyişdirilə bilər. Yaxud alimlər sıfırdan tamamilə yeni sintetik orqanizmlər yarada bilərlər.

Kaliforniya Universitetinin tədqiqatçılarının yaratdığı “kiborq hüceyrələr” maddələr mübadiləsi, hərəkət və zülal istehsalı da daxil olmaqla, bioloji fəaliyyətlərin çoxunu həyata keçirə bilər, lakin onlar bölünə və böyüyə bilmirlər. Bununla belə, onları proqramlaşdırmaq mümkündür.

Bu hüceyrələr xəstəliklərin diaqnozu, eləcə də xüsusi orqan və toxumalara dərmanların çatdırılması üçün istifadə edilə bilər.

Tədqiqatçılar “kiborq hüceyrələr”inə daha yaxşı nəzarət etməyin yollarını tapmaq və onlar üçün potensial tətbiqləri sınaqdan keçirmək üçün tədqiqatları davam etdirməyi planlaşdırırlar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...