“Bakı Marafonu” könüllüləri üçün ilkin tibbi yardım təlimi keçirilib
03.05.2023 09:13

TƏBİB tərəfindən "Bakı Marafonu”nun Könüllülər Proqramının supervayzer və könüllülərinə "Yeni Klinika"da ilkin tibbi yardım təlimləri təşkil edilib.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, təlimdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu" Təşkilat Komitəsi tərəfindən mayın 7-də "Küləyə qalib gəl" devizi altında keçiriləcək növbəti ümumrespublika yarışının könüllüləri iştirak ediblər.

 

Ümumilikdə 40-45 nəfərin qatıldığı təlimdə könüllülərə yarış iştirakçılarının səhhətində yarana biləcək problemlər zamanı ilkin yardım göstərə bilmələri üçün zəruri olan biliklər aşılanıb. Huşsuz vəziyyətdə olan yarış iştirakçılarına, tənəffüsün, nəbzin olmadığı hallarda və hava yolu tıxanmalarında beynəlxalq protokollara uyğun formada təməl həyat dəstəyi bilgiləri barədə məlumatlar verilib.

 

Yarış zolağı boyunca xidmət aparacaq "Bakı Marafonu" könüllülərinə ilkin tibbi yardım təlimlərinin keçirilməsi "TƏBİB gələnə qədər" layihəsinin tərkib hissəsidir.

 

Təlimin sonunda qiymətləndirilmə aparılaraq, müvəffəqiyyət qazanmış iştirakçılara sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, “Küləyə qalib gəl” şüarı altında altıncı dəfə keçiriləcək “Bakı Marafonu” 21 kilometrlik məsafəni əhatə edəcək. Start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olacaq. Marafon idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev