Respublika Kliniki Xəstəxanasına müraciət edən şəhid anasının səhhəti yaxşılaşıb
02.05.2023 19:07

Şəhid anası, Lerik rayon sakini, 1953-cü il təvəllüdlü İbadova Elmira Miri qızı TƏBİB-in tabeliyində olan M.Ə. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına uzun müddətdir əziyyət çəkdiyi kəskin tənəffüs yetməzliyi, aşağı ətraflarda ödem, sidik ifrazının olmaması kimi şikayətlərlə vəziyyəti ağır olaraq müraciət edib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətova Elmira İbadovanı müayinə edərək xəstəyə şəkərli diabetin 2-ci tip ağır forması, ürəyin xroniki işemik xəstəliyi, stend implantasiyasından sonrakı vəziyyət, durğunluq ağciyəri, diabetik nefropatiya, xroniki böyrək çatışmazlığı diaqnozlarını qoyub.

 

Endokrinologiya şöbəsində 12 gün ərzində aparılan konservativ müalicə üsulu ilə xəstənin səhhətində müsbətə doğru dəyişikliklər qeydə alınıb.

 

Şəhid anası ona göstərilən diqqət və qayğıya görə Respublika Kliniki Xəstəxanasının rəhbərliyinə, Endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətovaya və həmin şöbənin əməkdaşlarına minnətdarlığını bildirib.


Qeyd edək ki, Elmira İbadovanın oğlu I Qarabağ müharibəsi şəhidi İbadov Sarvan Bayram oğlu 1973-cü ildə Lerik rayonunun Tatonu kəndində anadan olub. 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev