DGK Tibbi Xidmət İdarəsinin və Gömrük Hospitalının mütəxəssisləri Formula 1 Azərbaycan Qran-Prisində könüllülər qismində iştirak ediblər
30.04.2023 19:18

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin rəisi Nərgiz Kərimova və həmin şöbənin təcili yardım həkimləri Racu Nəbiyev və Leyla Fətullayeva 28-30 aprel 2023-cü il tarixlərində keçirilən Formula 1 Azərbaycan Qran-Prisində yarışlarında könüllülər qismində iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

2016-cı il debütündən bəri dünya F1 azarkeşlərinin sevimlisinə çevrilən Bakı Şəhər Halqası F1 tarixində ən yaddaqalan və dramatik yarışlara ev sahibliyi etməklə, dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur.

 

Yüksək sürətdə keçən yarışda ehtiyac olduqda F1 pilotlarına vaxtında dünya standartlarına uyğun təcili və təxirəsalınnaz tibbi yardım göstərmək xüsusi aktuallıq kəsb edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev