TƏBİB-in İcraçı direktorunun müşaviri Praqada beynəlxalq tədbirdə iştirak edib
30.04.2023 13:08

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov aprelin 24-25-də Praqada keçirilən Onurğa Dekompressiyası üzrə Mütəxəssislərin toplantısında iştirak edib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, toplantıda 30-dan çox ölkədən nümayəndə iştirak edib.

 

Tədbirin ilk günündə uzun illər Onurğa dekompressiyası (spinal dekompression) tətbiqi ilə məşğul olan ekspretlərin disskusiyyası, təcrübə mübadiləsi keçirilib. Diskusiyalarda mütəxəssislər çap etdikləri tibbi məqalələr, pasiyentlərdə mürəkkəb yanaşmalar barədə fikir mübadiləsi aparıblar, təqdimatlarla çıxış ediblər.

 

Tədbirin 2-ci günü "BTL Medical İnternational" şirkətinin tibbi avadanlıqlar istehsal edən zavoduna, labaratoriyalarına baxış keçirilib.

 

Qeyd edək ki, "BTL Medical İnternational" şirkətinin dünyanın 75-dən çox ölkəsində ofisi mövcuddur.

 

Tibbi, eləcə də robotik avadanlıq və cihazların istehsal prosesi, işləmə mexanizmi, test mərhələsi, yerində tanışlıq ekspertlər üçün də maraqlı təcrübə olub.

 

Tanışlıq prosesində ekspertlərin fikirləri dinlənilib, gələcəkdə tibbi texnologiyaların istehsalında onların fikirlərinin nəzərə alınacağı bildirilib.

 

Pərvin Əkbərov 8 mindən çox pasiyentə tətbiq etdiyi müalicə metodologiyası, 14 illik təcrübəsi ilə toplantıda iştirak edən mütəxəssislər arasında ilk sırada qərarlaşıb.

 

Qeyd edək ki, spinal dekompression sistemi ilə bel və boyun yırtığı olan xəstələrin əməliyyatsız müalicəsi uğurla həyata keçirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev