Mərkəzi Gömrük Hospitalının travmatoloqu Almaniyada beynəlxalq simpoziumda iştirak edib  
29.04.2023 10:40
Mərkəzi Gömrük Hospitalının Travmatologiya və ortopediya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev 20-21 aprel 2023-cü il tarixlərində Almaniya Federativ Respublikasının Hamburq şəhərində “Diz oynaqlarının təkmilləşdirilmiş implant sistemi” üzrə akademik simpoziumda iştirak edib.
 
Aztibb.az-a Hospitaldan verilən xəbərə görə, simpozium yüksək texnologiyaya malik, qabaqcıl implantlar istehsal edən dünya miqyaslı “İmplancast” şirkətinin tədris mərkəzində keçirilib.
 
Tədbirdə Azərbaycan, Türkiyə, Almaniya, İngiltərə, Polşa, Avstriya, Danimarka, Yunanıstan, Qırğızıstan, Malayziya, Cənubi Koreya və digər ölkələrdən iştirak edən travmatoloq-ortopedləri dayaq-hərəkət sisteminin böyük oynaqlarının müasir implant sistemi ilə tanış ediliblər. Artroplastika üzrə geniş təcrübəsi olan ixtisasçılar - professor Dr.Lee Jeys, Dr.Steffen Abmann, Dr.Henry Dempwolf və digərləri tərəfindən diz oynaqlarının endoprotezləşdirilməsi əməliyyatı, endoprotezlərinin tətbiqinə göstərişlər, əks göstərişlər, implant seçimi, implantların tətbiqi zamanı əməliyyatların aparılma texnikası barədə geniş məlumatlar veriblər. Eyni zamanda, əməliyyatların aparılma texnikası süni diz oynağı maketləri üzərində əyani nümayiş etdirilmişdir.
 
Qeyd edək ki, birincili endoprotez əməliyyatları ölkəmizdə iyirmi ildən artıqdır ki, həyata keçirilir. Nəzərə alsaq ki, əməliyyatdan sonra oynaqlarda implantların orta dayanıqlılıq müddəti maksimum 15-20 ilə hesablanmışdır. Bu səbəbdən son beş il ərzində təkrar-ikincili endoprotez əməliyyatına ehtiyacı olan xəstələrin sayı artmaqdadır. Dr.Ramin Rzayev bildirib ki, simpoziumda mənimsənilmiş yeni məlumatlar, biliklər və cərrahi praktik vərdişlər endoprotez əməliyyatların aparılmasını asanlaşdırmaqla yanaşı, müsbət kliniki nəticələrin əldə edilməsinə yardımçı olacaqdır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev