İlhamə Məmmədova - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının terapevti
28.04.2023 09:32

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının budəfəki qonağı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti İlhamə Məmmədovadır.

 

İlhamə Atakişi qızı Məmmədova 26 may 1978-ci ildə Şəmkir rayonunun Yeni-həyat kəndində anadan olub. 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Bakı şəhəri M.M. Əfəndiyev adına 2 nömrəli Klinik xəstəxanada internatura keçib.

 

O, 2005-ci ildən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində həkim-terapevt vəzifəsində fəaliyyət göstərir.