Ötən il 4,5 milyon şəxsə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilib
27.04.2023 14:10

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən hesabatlara əsasən, 2022-ci ildə 4,5 milyon şəxsə icbari tibbi sığorta çərçivəsində tibbi xidmət göstərilib.

 

Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 44 136 303 olub və bu göstərici 2021-ci il ilə müqayisədə 92% artım deməkdir. Ötən il tibb müəssisələrinə 17 836 873 müraciət daxil olub. Müraciətlər üzrə tibbi xidmətlərin 84%-i ambulator, 16%-i isə stasionar şəkildə göstərilib.

 

2022-ci il ərzində göstərilən bu tibbi xidmətlərin böyük hissəsi Sumqayıt Tibb Mərkəzinin payına düşür. Ən çox tibbi xidmət göstərən 5 dövlət tibb müəssisəsinin siyahısında daha sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi və Kliniki Tibbi Mərkəz yer alır. Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs və həzm sisteminin xəstəlikləri gəlir.

 

2022-ci ildə dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayı 2021-ci il ilə müqayisədə 2 dəfə artaraq 354 260 təşkil edib. Qeyd edək ki, dövlət tibb müəssisələrində ən çox icra olunan cərrahi əməliyyatlar sırasında həzm, ginekoloji, uroloji, göz və ürək-damar sistemində aparılan əməliyyat və prosedurlar yer alır.

 

Dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri vətəndaşlar üçün icbari tibbi sığorta çərçivəsində qarşılamaq məqsədilə müqaviləli tibb müəssisələri də prosesə cəlb edilir. Belə ki, 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə Agentliyin müqavilə bağladığı müqaviləli tibb müəssisələrinin sayı 20-dən 111-ə yüksəlib. Hazırda isə müqaviləli tibb müəssisələrinin sayı 122-dir.

 

Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlara gəldikdə, 2021-ci il ilə müqayisədə ötən il bu göstərici 4 dəfə artaraq 111 301 olub. Həmin xidmətlər sırasında sayca oftalmologiya (37 006), ürək-damar cərrahiyyəsi (30 150) üzrə əməliyyatlar və invaziv radioloji xidmətlər (26 633) çoxluq təşkil edib.

 

Agentlik Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Onların icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən növbədənkənar yararlanmasına şərait yaradılır. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ötən il 12 730 şəxsə 199 162 tibbi xidmət göstərilib.

 

Tibbi xidmətlərin keyfiyyətinə təsir edən maddi-texniki bazalara gəldikdə isə instrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün Agentlik tərəfindən ötən il ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Müasir tibbi avadanlıqların sayının artırılması vətəndaşların sağlamlığının qorunmasına, vaxtında müayinə, müalicəyə cəlb edilməsinə və xəstəliklərin dəqiq diaqnozunun təyininə yönəlib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub