Murov zirvəsini fəth etdiyi gün zabitimizin üçəm körpələri dünyaya gəldi - VİDEO
10.10.2020 12:24

Murov zirvəsi düşməndən azad edildiyi gün cəbhədə döyüşən zabitimizin üçəm körpələri dünyaya gəlib.

 

27 sentyabrda Azərbaycan Ordusu cəbhəboyu zonada baş verən düşmən hücumlarının qarşısının alınması məqsədi ilə uğurlu əks-hücum əməliyyatlarına başlayıb, Murov zirvəsini və bir neçə kəndlərimizi işğaldan azad edilib. Bu döyüşdə iştirak edən qəhrəman Azərbaycan Ordusunun kiçik çavuşu Nadir İbadovun elə həmin gün - sentyabr ayının 27-də iki gələcəyin əsgəri oğlan və bir qız olmaqla üçəm övladları doğulub.

 

Ata İbadov cəbhədə gedən döyüşlərdə iştirak etdiyi üçün uşaqları ilə ilk tanışlığı bir həftə sonra - 4 oktyabr tarixində baş tutub. Cəsur çavuşumuz ailəsi ilə görüşdükdən sonra yenidən cəbhə xəttinə xidmətə geri dönüb.

 

Ana Nəzrin İbadova bildirib ki, uşaqların qədəmləri cəbhədə baş vərən döyüşlərdə qazandığımız ilk qələbə gününə təsadüf etdiyi üçün oğlan uşaqlarından birinə şəhid general-mayor Polad Həşimovun adını, digərinə isə qələbə şərəfinə Uğur adını vermək istəyirlər.

 

Silahlı Qüvvələrimizin xalqımızın haqqı olan qələbəni bəxş edəcəyinə və torpaqlarımızın tam şəkildə azad olunacağına inanırıq. Arzu edirik ki, üçəmlərimizə sağlam və firavan gələcək nəsib olsun. Atalarının adına, eləcə də daşıyacaqları ada layiq, vətənə xeyirli övladlar olsunlar.

 

Vətən sənə, övladların bizə əmanətdir, igid əsgər! (dominant.az)

 

Atanın körpələrlə ilk tanışlığı zamanı sevincli anları Sizlərə təqdim edirik: 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır