Mərkəzi Gömrük Hospitalında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
26.04.2023 15:33
Mərkəzi Gömrük Hospitalında görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
 
Aztibb.az-a Hospitaldan bildirilib ki, öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.
 
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov 2023-cü ilin Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdar olduğunu qeyd edib.
 
Ceyhun Məmmədov, ilk növbədə, Zərifə Əliyevanın bir alim kimi gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətindən danışıb, onun keçdiyi şərəfli ömür yolunu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi adlandırıb. Bildirib ki, həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurları Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur: "O, elmdə heç vaxt asan yol axtarmırdı, keçilməmiş yollarla gedib, yeni cığırlar salırdı, öz elmi araşdırmalarını praktik əhəmiyyət daşıyan aktual mövzulara həsr edirdi. Bu, Zərifə xanımın ən böyük dəyərlərindən biridir”.
 
Ceyhun Məmmədov Zərifə Əliyevanın gözəl ana, sədaqətli ömür-gün yoldaşı olduğunu qeyd edərək, Ümummilli Liderimizin xalqı üçün gördüyü böyük işlərdə bu gözəl insanın əməyinin, istedadının, qəlbinin də bir zərrəsi olduğunu vurğulayıb. O, çıxışında deyib: “Zərifə xanım Əliyeva ailəsinə bağlı, ailəsi və uşaqlarını sevən ana kimi həyatını onların xoşbəxtliyinə həsr edib. Bu gün ölkəmizə rəhbərlik edən Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zərifə xanımın övladıdır, ailədə ondan ana tərbiyəsi alıb”.
 
Sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş video-material təqdim olunub.
 
Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə və könüllü gömrükçü Leyla Mollayeva akademik Zərifə Əliyevanın tibb elminə verdiyi töhfələrdən danışıblar. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev