Səhiyyə Nazirliyinin nümayəndələri Tbilisidə İİV infeksiyası ilə bağlı keçirilən regional seminarda iştirak edirlər
26.04.2023 13:40

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İnsanın İmmunçatışmazlığı Virusu (İİV) infeksiyası üzrə mütəxəssisləri üçün regional seminar keçirilir.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, ölkəmizi tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları təmsil edirlər.

 

Seminarda İİV infeksiyasına görə risk qruplarının qiymətləndirilməsi, həmin qruplar arasında infeksiyanın yayılma səviyyəsi, hədəflərə çatmaq üçün prioritetlərin müəyyən edilməsi, risk qrupları arasında aparılan tədqiqatların təkmilləşdirilməsi müzakirə olunur və ayrı-ayrı ölkələrin təcrübələri öyrənilir.

 

Regional seminar aprelin 28-də başa çatacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev