Malyariya sağalan xəstəlikdir - Tofiq Şıxəliyev
25.04.2023 12:37

Malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə keçir, onun hüceyrələrinə nüfuz edir, orada böyüyərək çoxalır. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olur.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat verən Xətai Tibb Mərkəzinin həkim-terapevti Tofiq Şıxəliyev qeyd edib ki, bu proses bir həftədən bir neçə aya kimi davam edə bilər.

 

Onun sözlərinə görə, parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir.

 

"Malyariyanın simptomları yüksək qızdırma, üşütmə, baş ağrıları, əzələ ağrıları və yorğunluqdur. Eyni zamanda, ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər”, - deyə həkim bildirib.


Tofiq Şıxəliyev qeyd edib ki, malyariya parazitinin ən təhlükəli növü olan Plasmodium falciparum tərəfindən törədilən xəstəlik zamanı böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozuntular, koma, və vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər:


"Malyariya xəstəliyi vaxtlı-vaxtında və müvafiq şəkildə müalicəyə cəlb olunduğu halda o, tam müalicə edilir".

 

Həkim profilaktik tədbirləri vacib hesab edir. Onun sözlərinə görə, profilaktika infeksiyanın qabağının alınması üçün malyariyaya qarşı olan vasitələrin istifadəsi ilə xəstəliyin qarşısının alınmasına yönəlmiş tədbirdir, lakin tam qorunmanı təmin edə bilmir və malyariya keçiriciləri olan ağcaqanadların sancması riskinə məruz qala bilən insanlar üçün məsələnin tamamilə səmərəli və eləcə də uzunmüddətli həll üsulu sayıla bilməz:


"Qarşıdan isti yay ayları gəlir. Simtomları özünüzdə və ya yaxınlarınızda hiss etdinizsə dərhal həkimə müraciət etməyiniz məsləhətdir".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev