Növbəti uğurlu beyin əməliyyatı icra olunub - Kliniki Tibbi Mərkəzdə
25.04.2023 12:20

Kliniki Tibbi Mərkəzdə daha bir uğurlu beyin əməliyyatı keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, əməliyyat zamanı irihəcmli törəmə beyindən tam total xaric edilib.

 

Epileptik qıcolma səbəbi ilə yıxılaraq xəsarət alan xəstə KTM-in Təcili tibbi yardım şöbəsinə gətirilib. Aparılan ilkin müayinələr zamanı xəstənin sağ alın nahiyəsində patoloji ocaq təyin edildiyi üçün Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstədə aparılan baş-beyin kontrastlı MRT müayinəsi zamanı sağ alın payında iri həcmli törəmə - meningioma təyin edilib.

 

Uzman neyrocərrah Fərid Qaralovun və rezident həkim Elşən Əhmədli tərəfindən sağ alın-təpə payında yerləşən iri həcmli törəmənin (meningioma) xaric edilməsi əməliyyatı uğurla icra olunaraq tam total xaric edilib.

 

Əməliyyat sonrası xəstənin ümumi vəziyyətində ağırlaşma qeydə alınmayıb və xəstə bir neçə gün sonra evə buraxılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev