Yanvar-mart aylarında əlilliyi olan 14 min 722 şəxsə reabilitasiya xidmətləri göstərilib
25.04.2023 10:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-mart aylarında əlilliyi olan 14 min 722 şəxsə xidmətlər göstərilib.


Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, həmin kateqoriyadan olanlar 19 939 reabilitasiya vasitəsi ilə təmin edilib.

 

Bildirilib ki, həmin şəxslərin mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.

 

Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər səmərəli fizioterapevtik prosedurlara, həmçinin müalicəvi bədən tərbiyəsi və sosial-psixoloji xidmətlərə cəlb ediliblər.

 

2023-ci ilin 1-ci rübündə agentlik tərəfindən əlilliyi olan 3 min 547 şəxsə isə 19 min 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar, korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s.) verilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev