Astarada VI Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilir
22.04.2023 21:48

Heydər Əliyev Fondunun dəstəyi ilə Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri işə başlayıb.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Astarada ucaldılmış abidəsini ziyarət edərək tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra Azərabaycan Respublikasının Dövlət Himni səsləndirilib, əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film izlənilib.

 

Açılış nitqi ilə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev beynəlxalq konfransın Astarada keçirilməsinin mahiyyət və önəmindən bəsh edib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən bölgələrdə səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər görüldüyünü bildirib. Q.Ağayev ölkəmizdə vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən islahatların tarixi varislik missiasının əsas hissəsi olduğunu qeyd edib.

 

Sonra Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov müasir Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətçiliyimizin yaranmasındakı xidmətlərindən danışıb. Millət vəkili bildirib ki, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev qısa zamanda unudulmuş digər sahələr kimi, ölkə səhiyyəsinə də yeni nəfəs verdi.

 

Rəşad Mahmudov qeyd edib ki, xalqın sağlamlığının digər taleyüklü məsələlər kimi öndə olması, ixtisaslı milli kadrların hazırlanması prosesi, habelə, ölkənin səhiyyə sisteminin müasir çağırışlar fonunda inkişaf etdirilməsi Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri idi. Onun sözlərinə görə, məhz Ulu Öndərin birbaşa rəhbərliyi altında böyük gənclik ordusunun xarici ölkələrdə yüksək tibbi təhsil arxasınca göndərilməsi kimi tarixi qərar sonrakı dövrdə ölkə səhiyyəsinin üzləşə biləcəyi kadr çatışmazlığının qarşısının alınmasına hesablanmış əvəzsiz xidmət nümunəsi idi.

 

Rəşad Mahmudov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu səhiyyə strategiyasının onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qüsursuz şəkildə davam etdirildiyini vurğulayıb. O, bununla yanaşı, tibbdə xidmət keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması, maddi-texniki bazanın müasir standartlara uyğun şəkildə formalaşdırılması və həkimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində uğurlu işlərin görüldüyünü diqqətə çatdırdı.

 

Daha sonra çıxış edən TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilov konfransın keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin ölkə səhiyyə sferasını əhatə edən köklü islahatların həyata keçirilməsində rolu və müstəsna xidmətlərinin tibb işçiləri tərəfindən böyük minnətdarlıqla anıldığını qeyd edib.

 

A.İsrafilov Ulu Öndərin hələ siyasi hakimiyyətə gəlişinin ilk illərindən bütün ölkə miqyasında səhiyyə sisteminin kompleksləşdirilməsi istiqamətində gördüyü işlərin, tibb ocaqlarının həmin dövrün standartlarına cavab verən tərzdə yenidən və əsaslı qurulmasının, əhalinin sağlamlığının qorunması istiqamətində imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb. Heydər Əliyevin siyasi kursunun bütün istiqamətlərdə olduğu kimi səhiyyə sahəsində də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən İcraçı direktorun müavini hazırda səhiyyəmizin Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın həssas qayğısı ilə özünün intibah dövrünü yaşadığına əminliyini ifadə edib.

 

Tədbirdə Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev və Özbəkistan Respublikasının səhiyyə naziri İnoyatov Amrillo Shodievichin konfrans iştirakçılarına video müraciətləri ünvanlanıb.

 

Həmçinin Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov Özbəkistan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə görə Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən medalla təltif edilib. Heydər Əliyev Fondu üçün xüsusi təsis edilmiş Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən xatirə hədiyyəsi Özbəkistan Respublikasının səhiyyə nazirinin müavini Abrorcon Alicanov tərəfindən Rəşad Mahmudova təqdim edilib.

 

Konqresdə çıxış edən millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov, AMEA-nın müxbir üzvü Südeyf İmamverdiyev, prof. Stefan Post tədbidin mahiyyətindən və iştirakçıların əldə edəcəyi zəngin təcrübədən bəhs ediblər.

 

Tədbir plenar iclaslar və mədəni proqram ilə davam etdirilib.

 

Qeyd edək ki, konqres işini 23 aprel 2023-cü il tarixində Cənub regionu, Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında treyninq və ustad dərsləri ilə davam etdirəcək. Treyninq və ustad dərsləri çərçivəsində 12 ixtisas üzrə təlimlər keçiriləcək və regionda ilk dəfə icra olunacaq endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya olunacaq və interaktiv müzakirə ediləcək.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Qastrit və xora zamanı necə qidalanmalı?
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub