Detektiv yazar Elxan Elatlı ATU-nun tələbələri ilə görüşüb
22.04.2023 13:56

Azərbaycan Tibb Universitetində (ATU) tanınmış detektiv yazar Elxan Elatlının tələbələrlə görüşü keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə çıxış edən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlının əsərlərinin ən çox oxunan və satılan kitablar arasında olduğunu bildirib. O, çoxsaylı oxucuların rəğbətini qazanmış yazarın bu gün tələbələrimizlə görüşünün maraqlı olacağını söyləyib.

 

Yazıçı belə bir görüşə şərait yaratdığına görə universitet rəhbərliyinə təşəkkür edib.

 

Görüş zamanı yazıçı yazdığı əsərlərlə bağlı məlumat verib. Daha sonra müəllifin “Uğursuz gecə”, “Xəyanət”, “Dilənçi qadının sirri”, “Arxalı canavar”, “Qanbay Qasımlının xəfiyyələri”, “Qan ləkəsi”, “Yeddinci mərtəbədə qətl”, “Xəstə ruhlar”, “On dördüncü adam”, “Qazinin ölümü” və sair əsərlərinin süjet xətti, əsas personajları müzakirə edilib.

 

E.Elatlı tələbələrin çoxsaylı suallarını ətraflı şəkildə cavablandırıb.

 

Görüşün sonunda yazıçıya universitetin hədiyyəsi təqdim olunub və tələbələrlə xatirə şəkli çəkilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev