Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı - Nazim Verdiyev 
24.04.2023 18:57

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızda bu dəfə Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Nazim Verdiyev haqqında məlumatları diqqətinizə çatdırırıq.

 

O, 10 noyabr 1949-cu il tarixində anadan olub. 1974-cü il tarixində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 1974-1975-ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.

Nazim Verdiyev 1976-1985-ci illərdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim-neyrocərrah kimi fəaliyyətə başlayıb. 1985-ci ildən səhiyyə nazirinin əmrinə əsasən Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim-neyrocərrah vəzifəsinə təyin olunub. 1990-cı ildən xəstəxanada Baş-beyin neyrocərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Həkim 2012-ci il tarixində Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
 

Nevroloq fəqərəarası disk yırtıqları, spondilolistez, spinal stenoz, osteoparoz, bel-boyun ağrıları, fəqərə sütunu travmaları, spinal şişlər, mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müalicəsi ilə məşğuldur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev