Azərbaycanın və İsrailin Səhiyyə nazirlikləri arasında əlaqələr genişlənir
20.04.2023 17:12

Səhiyyə Nazirliyində İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbə meneceri Aşer Şalmonla görüş keçirilib.


Aztibb.az-a Nazirlikdən verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb: “Ölkələrimizin səhiyyənin nəzdində olan yüksək texnologiya - virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətindən məmnunuq”.

 

Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbə meneceri ölkələrimiz arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Aşer Şalmon İsrail Səhiyyə Nazirliyinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqda maraqlı olduğunu deyib.

 

Görüş zamanı İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunmasının vacibliyi vurğulanıb.

 

Bundan əlavə, ölkələrimizin səhiyyə nazirlikləri arasında tibbi heyətin təlimlər keçməsi, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, ikili diplom proqramının hazırlanması, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, hər iki ölkənin səhiyyə nazirlərinin səfər perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev