GMO buğdası üçün rəsmi icazə verildi - Dünyada ilk dəfə 
09.10.2020 21:04

Argentinanın “Bioceres” biotexnologiya şirkəti GMO buğdasını becərmək üçün müvafiq qaydada rəsmi icazə alıb.

 

Aztibb.az “Komersant”a istinadən xəbər verir ki, bununla da Argentina GMO məhsullarının becərilməsinə rəsmi şəkildə yaşıl işıq yandıran ilk ölkə olub.

 

Şirkətin məlumatına görə, HB4 texnologiyası ilə yetişdirilən, son vaxtlar daha çox vüsət almış quraqlığa qarşı dayanıqlı olan  yeni buğda növünün məhsuldarlığı əvvəlkilərindən 20 faiz artıqdır. Qeyd edək ki, daha əvvəl GMO qarğıdalısı və soyasının becərilməsi üçün də rəsmi icazə verilib. Lakin GMO buğdasına qarşı ictimaiyyət hələlik ehtiyatlı mövqe tutur. Bir çoxlarının fikrincə, bu cür bitkilərin becərilməsi, onlardan ərzaq məhsullarının hazırlanması insan sağlamlığına da, təbiətə də təhlükə yaradır.

 

Hazırda GMO buğdasının ixracı barədə Braziliya, Uruqvay, Paraqvay, Boliviya və ABŞ-ın aidiyyəti qurumları ilə danışıqlar aparılır. Sonrakı mərhələdə “Bioceres” şirkəti bir sıra Asiya və Afrika ölkələri, Avstraliya, Rusiya ilə də danışıqlara başlamağı nəzərdə tutur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır