Sumqayıt Tibb Mərkəzində "Nurlu insan" adlı tədbir keçirilib
21.04.2023 09:08

Sumqayıt Tibb Mərkəzində (STM) görkəmli alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilən "Nurlu insan" adlı tədbir keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, öncə görkəmli alimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbiri giriş sözü ilə açan STM-in direktoru Səkinə Sadıxova Azərbaycan xalqının bir sıra görkəmli şəxsiyyətlər yetişdirdiyini və bu şəxsiyyətlərdən birinin də oftalmoloq alim Zərifə Əliyeva olduğunu bildirib. Qeyd edib ki, akademik Zərifə Əliyevanın 100 illik yubileyi ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində geniş şəkildə qeyd olunur.

 

S.Sadıxova oftalmoloq alim Zərifə Əliyevanın oftolmologiya elminə böyük töhfələr verdiyini deyib, onun keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu nəzərə çatdırıb.

 

Direktor Zərifə Əliyevanın yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etdiyini, onun rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqlar nəslinin yetişdiyini diqqətə çatdırıb.

 

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Ülviyyə Müzəffərova çıxış edərək bildirib ki, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyeva valideynlərinə layiqli bir övlad, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

 

2 saylı şəhər xəstəxanasının oftalmologiya şöbəsinin həkimi Lalə Rəhimli isə Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti və oftalmologiya elminə gətirdiyi yeniliklərə dair məruzə ilə çıxış edib. L.Rəhimli bildirib ki, alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.


Tədbirdə akademikin vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar apardığı qeyd olunub.

 

4 saylı şəhər xəstəxanasının Poliklinika şöbəsinin oftalmoloqu Aliyə İbrahimli görkəmli alim Zərifə Əliyevanın insani keyfiyyətləri və xarakterindən geniş bəhs edib. Bildirib ki, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib.

 

Tərbirdə çıxış edən 1 saylı şəhər xəstəxanasının Poliklinika şöbəsinin oftalmoloqu Nailə Hüseynova bildirib ki, görkəmli alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib edib, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərib, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev