TƏBİB-in və Agentliyin nümayəndələri ABŞ-da “Qlobal Sağlamlıq” sərgisində iştirak edirlər
20.04.2023 13:11

ABŞ-da “Qlobal Sağlamlıq” konfransı və sərgisi işə başlayıb.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti (Healthcare Information and Management Systems Society – HIMSS) tərəfindən keçirilən tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəhbəri Ramil Mehdiyev, Maliyyə departamentinin rəhbəri Rasim Həsənov və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev iştirak edirlər.

 

TƏBİB-in və Agentliyin nümayəndələri səfər çərçivəsində HIMSS-in Beynəlxalq analitika üzrə vitse-prezidenti Ronan O'Konnor, Əməliyyatlar üzrə baş direktor Meir Hakkak və Strateji əlaqələr üzrə direktor müavini Loida Lleonart ilə görüşüblər.

 

HIMSS-in ənənəvi olaraq hər il keçirdiyi “Qlobal Səhiyyə” konfransı və sərgisi 100-ə yaxın ölkədən 40 mindən çox iştirakçını bir araya gətirir. Bu il təşkil olunan tədbirdə 10-a yaxın ölkədən hökumət nümayəndələri iştirak edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev