Tərtərin Talış kəndində ASM fəaliyyətə başlayıb
20.04.2023 12:55

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrinə əsasən Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Mərkəzin binası təmirdən sonra istifadəyə verilib. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Eyni zamanda, ASM-də təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib, ambulansla təchiz olunub.

 

Tibb müəssisəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev