Diabetlilərin qidalanmasında yağ istifadəsi necə olmalıdır?
21.04.2023 13:09

Diabet xəstələrinin qidalanmasında yağlar vacib və mübahisəli məsələdir. Şəkər xəstələrinin ehtiyacı olduğu enerjinin 30%-i yağlardan gəlməlidir. Yəni, "şəkər xəstələri mütləq yağsız yemək yeməlidir" düşüncəsi düzgün deyil. Əksinə zeytun, zeytun yağı, fındıq yağı, qoz kimi yağ mənbələri lipid quruluşunu tənzimləyir. Ancaq miqdarı da çox vacibdir; yeməyə həddindən çox zeytun yağı əlavə etmək, ovuc-ovuc çərəzlər yemək olmaz. Ətli tərəvəzli yeməklərə yağ əlavə etməmək lazımdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu məlumat verib. 
 

Həkimin sözlərinə görə, yağlar müxtəlif çeşidli ola bilər, ancaq zeytun yağına və fındıq yağına daha çox üstünlük verilməlidir. Çünki bunların tərkibində xüsusilə A, E, B1, B2, B6 vitaminlərinin miqdarı yüksəkdir. Bəzi hallarda isə günəbaxan yağı da istifadə oluna bilər: "Nəzərdə saxlamaq lazımdır ki, soyuq sıxma hər zaman daha əhəmiyyətlidir. Bundan əlavə, bitki yağlarının keyfiyyəti onun turşuluq dərəcəsi (acidity-asidite) ilə ölçülür. Yəni, bitki yağının turşuluq dərəcəsi nə qədər az olarsa o qədər keyfiyyətli hesab olunur. Hazırda marketlərdə satılan ən aşağı turşuluqlu 0.5% olan bitki yağlarını tapmaq olar. Salatlara 1 çay qaşığı, 1 kq tərəvəzə 2 yemək qaşığı yağ əlavə olunmalıdır. Təbii ki, istifadə olunan yağlar həddən artıq qaynadılmamalı, gün altında saxlanmamalıdır".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev