“Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır” mövzusunda tədbir keçirilib
19.04.2023 10:34

Sumqayıt Tibb Mərkəzinin (STM) 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır” mövzusunda tədbir keçirilib.

 

STM-dən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə 3 nömrəli ASM-in baş həkim əvəzi Sevinc Əkbərova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

 

Vurğulayıb ki, məhz misilsiz iradə sahibi, qüdrətli şəxsiyyət, nadir siyasi sima Heydər Əliyevin ölçüyəgəlməz xidmətləri sayəsində bu gün müstəqil Azərbaycan dövləti yaşayır, möhkəmlənir və dünya dövlətləri arasında özünü etibarlı, geniş perspektiv imkanı olan bir dövlət kimi təsdiqləyir.

 

Ailə həkimi, terapevt Fərqanə İbrahimova və tibb bacısı Nurlanə İmanova isə çıxışlarında qeyd ediblər ki, milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrilib.

 

Bildirilib ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramları mühüm rol oynayır.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədəki tibb ocaqlarında xidmətin keyfiyyəti yaxşılaşdırılıb.

 

Vurğulanıb ki, son illər səhiyyə sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik isə bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır.

 

Tədbirdə, həmçinin bu gün Azərbaycanda tibb sahəsinin müxtəlif səviyyəli saziş və protokollar əsasında dünyanın bir sıra ölkələri ilə məhsuldar əməkdaşlıq etdiyindən də bəhs olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev