Dövlət xəstəxanaları arasında İLK - 7 sm böyüklüyündə kista 1 sm ölçüsü olan kəsikdən çıxarılıb
18.04.2023 09:39

Kliniki Tibbi Mərkəzdə (KTM) ilk dəfə olaraq 52 yaşlı qadında 7 sm böyüklüyündə olan timus kistası VATS (qapalı əməliyyat) üsulu ilə cərrahi əməliyyat icra edilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, nəfəs darlığı, öskürək, sinə ağrısı şikayətləri ilə KTM-ə müraciət edən qadında aparılan müayinələr zamanı döş sümüyünün arxasında, ürək və böyük damarların önündə yerləşən timus adlı orqanda inkişaf etmiş kista aşkarlanıb. Qapalı üsulla keçirilən əməliyyat 1 sm ölçüsü olan 3 ədəd portdan (kəsikdən) 30 dəqiqə ərzində icra olunub. Əməliyyat torakal cərrahiyyə mütəxəssisləri tərəfindən icra edilib. Xəstə 3 gün sonra evə buraxılıb.

 

Məlumat üçün bildirək ki, son illərdə inkişaf etmiş ölkələrdə torakal cərrahiyyə əməliyyatlarının bir çoxu VATS (Video yardımlı toraks cərrahiyyəsi) üsulu ilə həyata keçirilir. Kliniki Tibbi Mərkəzdə mediastinum (divar aralığı) və ağciyər əməliyyatlarına Torakal cərrahiyyə şöbəsinin açılması ilə start verilib. VATS üsulu ilə icra olunan qapalı əməliyyatlardan sonra xəstədə ağrı, hərəkət məhdudiyyəti çox az olur. Bu isə əməliyyatdan sonra xəstələrin daha tez reabilitasiya olunmasına və çox qısa bir müddətdə evə yazılmasına şərait yaradır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev