"Yeni Klinika"nın əməkdaşlarına YAP-ın üzvlük vəsiqələri təqdim olunub
15.04.2023 10:48

"Yeni klinika”da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul olunmuş klinika əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.

 

Bu barədə Aztibb.az-a "Yeni klinika"dan məlumat verilib.

 

Tədbirdə tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında mühüm rol oynadığını, partiyaya olan böyük inam və etimadın təzahürü olaraq YAP sıralarına qoşulanların sayının daima artdığını bildirib.

 

Baş həkim son 6 ay ərzində partiyaya üzv olan klinika əməkdaşlarının sayının 42 nəfərdən 432-yə yüksəldiyini açıqlayıb.

 

Daha sonra çıxış edən müəssisəsinin Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli dahi lider Heydər Əliyevin siyası mirası olan Yeni Azərbaycan Partiyasının ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib. O, partiyanın ölkəmizin hərtərəfli inkişafı istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıb.

 

Sonda “Yeni klinika”da fəaliyyət göstərən əməkdaşlara YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev