"Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda tədbir keçirilib
15.04.2023 09:27

Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki tibb müəssisələrində "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər davam etdirilir.

 

Aztibb.az-a STM-dən verilən xəbərə görə, növbəti belə tədbir Uşaq Xəstəxanasında keçirilib.

 

"Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Esmira Hüseynova Ümumilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə hərtərəfli inkişafı özündə əks etdirən bir sıra proqramlar həyata keçirdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin miras qoyduğu irs cəmiyyətimizinin hər sahəsinin inkişafında öz töhfəsini verməkdədir.

 

Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri, Əməkdar həkim Sehri Babayev isə çıxışında vurğulayıb ki, müstəsna xidmətləri ilə əbədilik qazanan dahi lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. O, intibah və milli şüurun oyanışının Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığını, müstəqilliyimizin məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını vurğulayıb.

 

Qeyd edib ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

 

Digər çıxış edənlər - Pediatriya şöbəsinin müdiri Ümidə Mehdiyeva, tibb bacıları Tünzalə Ağayeva və Sevilə Həsənova bildiriblər ki, Ümummilli Liderin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.

 

Natiqlər Heydər Əliyev ideyalarının müstəqil Azərbaycanımıza daha böyük uğurlar qazandıracağına, müstəqil, demokratik, dünyəvi dövlətimizi dünya müstəvisində daha da qüdrətli edəcəyinə əminliklərini ifadə ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev