Uşaqlarda öd kisəsi daşlarının əlamətləri və diaqnozu 
14.04.2023 17:04

Öd kisəsi daşları uşaqlarda böyüklərə nisbətən az rast gəlinir. Əsasən 3 səbəbi vardır: İdiopatik (səbəbi məlum olmayan), hemolitik, non-hemolitik.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-radioloq Şəbnəm Topbaştekin uşaqlarda öd kisəsi daşlarının əlamətləri və diaqnozu barədə məlumat verərkən deyib.

 

Şəbnəm Topbaştekin qeyd edib ki, əgər öd daşı olan uşaqda heç bir şikayət yoxdursa, müəyyən vaxt yalnız izlənilir. Əks halda isə xolesistektomiya adlandırılan, öd daşının tamamilə çıxarılması əməliyyatı icra olunur.

 

Radioloqun sözlərinə görə, risk faktorlarına piylənmə, ailə daxilində öd daşının olması, bəzi dərman preparatlarının qəbulu aiddir: 


"Öd kisəsi daşı olan uşaqlarda şikayət olmaya da bilər. Şikayətlər olduqda isə əlamətlər ani başlayır. Ağrılar qəfildən qarında başlayır və getdikcə qarının sağ üst hissəsinə yayılır, eyni zamanda, sağ kürək sümüyünə lokalizasiya edir. Kiçik yaşlı uşaqlar ağrının yerini dəqiq göstərə bilməsə də, böyük yaşlı uşaqlar göstərə bilir. Ağrı yağlı yeməklərdən sonra daha çox olur, müəyyən vaxtdan sonra keçsə belə yenidən təkrarlana bilər. Əgər daş axarı tutub hərəkət etmirsə, bu zaman kəskin ağrılarla yanaşı uşaqda qızdırma, ürəkbulanma, qusma və sarılıq ola bilər".


Həkim bildirib ki, öd kisəsi xəstəliklərinin digər növləri kimi öd daşlarının da diaqnozunda ultrasəs müayinəsinin istifadəsi geniş yayılmışdır. Bundan başqa, qarın rentgeni, maqnit-rezonans xolangiopankreatoqrafiya və ya endoskopik retroqrad pankreatoqrafiya kimi metodlardan da istifadə edilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev