"Heydər Əliyev və Sumqayıt səhiyyəsi” mövzusunda tədbir keçirilib
12.04.2023 09:51

Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Sumqayıt səhiyyəsi” mövzusunda tədbir keçirilib.

 

Aztibb.az-a STM-dən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan 1 nömrəli ASM-in baş həkimi Təranə Mansurova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

 

T.Mansurova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əhalinin sağlamlıq durumu üçün böyük əhəmiyyət daşıyan tədbirlər həyata keçirilib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edib.

 

Daha sonra ailə həkimi, terapevt Gülşən Hüseynova, Pediatriya şöbəsinin müdiri Şəbnəm Səlimova, ailə həkimi, terapevt Vüsalə Cavadzadə və ailə həkimi, pediatr Kəbirə Həsənova çıxış edərək dahi lider Heydər Əliyevin ölkəmizdə mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verdiyini bildiriblər.

 

Qeyd olunub ki, 70-ci illərin əvvəllərində Heydər Əliyevin sayəsində Sumqayıtda 17-dən çox yeni tibb müəssisəsi açılıb. 1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi səhiyyənin də inkişaf mərhələsinə qədəm qoyulub.

 

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Xüsusilə son illərdə Sumqayıt şəhərində tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir, müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılır.

 

Bildirilib ki, Sumqayıtda fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olunub, həmçinin tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Uzman uroloq-androloq Münasib Məmmədov fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Agentlik və TƏBİB ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı yeni layihəyə start verib   
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib