Parkinson xəstəliyi əsasən 40-60 yaşlarda yaranır - Nevroloq
11.04.2023 12:49
Parkinson xəstəliyi nevroloji degenerativ xəstəlikdir və beyində dopamin əmələ gətirən neyronların itməsi nəticəsində baş verir.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Nigar Heydərova parkinson xəstəliyi barədə məlumat verərkən bildirib.
 
Onun sözlərinə görə, xəstəlik əsasən 40-60 yaşlarda yaranır. Parkinson xəstəliyi ətraflar, baş və barmaqlarda titrəmə, hərəkət yavaşlaması, nitqin ləngiməsi, düz dayana bilməmə, mimikanın itməsi, duruşun pozulması əlamətləri ilə müşahidə edilir.
 
Nigar Heydərova qeyd edib ki, müalicə zamanı beyində dopamin tərkibini artıran dərmanlar istifadə olunur və həyat tərzinin dəyişdirilməsi, məsələn, idmanla məşğul olmaq məsləhət görülür. Parkinson xəstəliyində reabilitasiyanın aparılması mütləqdir.
 
"Parkinson xəstəliyinin müalicəsi zamanı əsas prinsip hərəki pozulmaların və motor sindromların, xüsusən də psixi, vegetativ və yuxu pozulmalarının yüngülləşdirilməsidir”, - deyə nevroloq bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev