Düz bağırsağın stenozu nədir?
09.04.2023 11:21

Düz bağırsağın stenozu - düz bağırsağın daralması olub, fərqli səbəblərə bağlıdır. Buna anadangəlmə qüsurlar, travmatik zədələnmə, iltihabi proseslər, şiş xəstəlikləri göstərmək olar. Sonradan qazanılmış formada klinik əlamətlər mərhələli şəkildə meydana çıxır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Xətai Tibb Mərkəzinin cərrah-proktoloqu, Cərrahiyyə şöbəsinin müdiri Janna Xudaverdiyeva məlumat verib.

 

Həkim bildirib ki, xəstədə defekasiya zamanı çətinlik, bağırsağın selikli qişasının ikincili zədələnməsi, nəcisi saxlamamaq kimi əlamətlər müşahidə olunur. Nəcisdə irin və qan görünə bilər. Anadangəlmə formada əlamətlər doğuşdan sonra meydana çıxır. Patologiya mekonial kütlələrin çıxışında çətinliklə özünü biruzə verir. Qarın həcminin tədricən artması müşahidə oluna bilər.

 

Onun sözlərinə görə, vaxtında müalicə və profilaktika məqsədilə düz bağırsağın stenozuna səbəb olacaq yoğun bağırsağın patologiyalarını izləmək və aradan qaldırmaq lazımdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev