“Heydər Əliyev İli” çərçivəsində ucqar kəndlərdə səyyar müayinələr keçirilib
09.04.2023 16:08

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə ucqar kəndlərin sakinləri üçün səyyar müayinələr təşkil olunub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, 3-7 aprel tarixlərində Şamaxı rayonunun ucqar kəndlərində baş tutan müayinələrdə tibb müəssisəsinin həkim-terapevtləri və həkim-pediatrları iştirak ediblər.

 

Ümumilikdə 350 nəfər həkim müayinəsinə cəlb edilib, müayinə edilən 21 nəfərdən müvafiq qan nümunələri götürülüb.

 

Eyni zamanda, müayinələr zamanı tibb müəssisəsinin əməkdaşları tərəfindən vətəndaşların maarifləndirilməsi də həyata keçirilib. Belə ki, mütəxəssislər ümumilikdə 450 vətəndaşa süd vəzisinin müayinəsinin, peyvəndləmənin önəmləri, sağlam qidalanma və sağlam həyat tərzi mövzularında məlumat veriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev