Türkiyəli alimlər hüceyrə sayan sayğac hazırlayıblar
09.04.2023 15:22

İzmir Biotibb və Genom Mərkəzində (IBG) çalışan türk alimləri bazardakı nümunələrdən daha yüksək tutumlu və daha az səhv nisbətinə malik hüceyrə sayğacı hazırlayıblar.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadən xəbərinə görə, tədqiqat qrupunun rəhbəri Arif Engin Çetin 10 ay əvvəl Biotibb mühəndisliyi fakültəsinin tələbələri Meryem Beyza Avcı və Sevim Deniz Yaşar ilə yerli hüceyrə sayğacı hazırlamaq üçün işə başlayıb.

 

TÜBİTAK-ın dəstəklədiyi layihədə tədqiqatçılar ekvivalentləri yüksək qiymətlərlə xaricdən gətirilən və hüceyrələrin canlılığını göstərən hüceyrə sayğacı üçün görüntü emal texnologiyası və unikal aparat hazırlayıblar.

 

A.Çətin hüceyrə sayma cihazının elmi işlərdə, xüsusilə tibb sahəsində tez-tez istifadə edildiyini bildirib.

 

Xərçəng dərmanı araşdırmasında aktiv molekulun işlədiyinin müəyyən edilməsi prosesində bu cihazların dəqiq ölçmə aparmasının vacib olduğunu bildirən Çətin dünyada fərqli sistemlərdən istifadə edən çox sayda ölçmə cihazının olduğuna diqqət çəkib. O, cihazın rəqib məhsullardan daha çox nümunə skan edə bildiyini, həmçinin 4 saniyədə 3000 hüceyrə saya bilmə qabiliyyətinə malik olduğunu deyib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub