Azərbaycan nümayəndə heyəti Buxarestdə keçirilən regional görüşdə iştirak edib
06.04.2023 13:25

ÜST-nin Avropa üzrə Regional Ofisi və Rumıniyanın Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Buxarest şəhərində “Hərəkət etmək vaxtıdır" adlı regional görüş keçirilib.

 

Aztibb.az ÜST-nin Azərbaycan nümayəndəliyinə istinadla xəbər verir ki, tədbir Avropada və Mərkəzi Asiyada səhiyyə işçilərinin müdafiə olunması, dəstəklənməsi və bu sahəyə investisiya qoyuluşu kimi istiqamatlər üzrə əhəmiyyətli mövzulara həsr olunub.

 

ÜST-nin Avropa regionundakı üzv 53 dövlətdən 50-nin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ÜST-nin Azərbaycan nümayəndəliyi, Səhiyyə Nazirliyi, TƏBİB, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası və "Yeni Klinika"nın əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub.

 

Tədbirdə üzv 44 ölkədən 13-də həkimlərin 40 %-nin artıq 55 və daha yuxarı yaşda olması və bu göstəricinin işçi qüvvəsinin davamlılığı üçün ciddi problem yaratdığı diqqətə çatdırılıb. Bildirilib ki, bəzi ölkələrin gəncləri səhiyyə sisteminə cəlb etməsi və onları bu sahədə davam etməyə təşviq etməsi getdikcə daha da çətinləşir.

 

Sonda iştirakçılar tərəfindən Buxarest Bəyannaməsi qəbul olunub. Bəyannamə səhiyyə işçilərinin işə qəbulu, onların fəaliyyətinin optimallaşdırılması, bu sahəyə dövlət investisiyasının artırılması və digər mühüm istiqamətlər üzrə məsələləri əks etdirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev