"Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur" adlı tədbir keçirilib
06.04.2023 12:08

Qaradağ Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur" adlı tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, tədbirdə müəssisənin direktoru Elmira Rəfailova Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu barədə məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin ən möhtəşəm memarıdır.

 

Direktor qeyd edib ki, keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına səbəb olmuşdur.

 

Vurğulanıb ki, Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, eləcə də müasir profilli tibb müəssisələri məhz Heydər Əliyevin hakimiyyəti zamanı açılıb. 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi Ulu Öndərin iştirakı ilə keçirilib və bu münasibətlə institutun əməkdaşlarının bir qismi fəxri adlara, dövlət təltiflərinə layiq görülüblər.

 

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən xarici ölkələrdən olan aparıcı mütəxəssislər ilə də sıx əlaqələr saxlayar, onların diqqətini Azərbaycana cəlb edər, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin inkişafına güclü təkan verilməsinə möhkəm zəmin yaradardı.

 

Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının həyatında yaratdığı uğurlu dəyişikliklər onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. İcbari tibbi sığortanın tətbiqi, son 17 il ərzində 750-dən çox xəstəxana yenidən tikilib və ya əsaslı şəkildə təmir edilməsi bunun göstəricisidir. Eyni zamanda, Qaradağ Tibb Mərkəzi tikilib, müəssisənin 2019-cu il 14 yanvar tarixindən istifadəyə verilməsi Qaradağ rayon sakinləri üçün, həmçinin çalışan işçilər üçün böyük əhəmiyyət doğurur.

 

Tədbirdə Mərkəzin ictimaiyyətlə əlaqələr mütəxəssisi Nurbahar Rzayeva, cərrah Faiq Lazımov və baş həkim Zaur Qəribov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən danışıblar.




Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev