İnsan orqanizminin dostu maqneziumun çatışmazlığı hansı təhlükədən xəbər verir?
08.10.2020 21:25

Maqnezium bədənimizin sağlamlığı üçün vacib minerallardan biridir. Bu mineral əsasən sümüklərdə olur. Onun əsas işi qan və sümük sisteminin sağlam fəaliyyət göstərməsinə yardımçı olmaqdan ibarətdir. O, həmçinin, hüceyrələrin yenilənməsində mühüm rol oynayır.

 

Aztibb.az xəbər verir ki, maqnezium insulin, tiroid, progesteron və estrogen kimi həyati hormonlara təsir göstərir, əzələ hərəkətləri və sinir sisteminə böyük təsiri var. Sadalananlardan anlaşıldığı kimi, maqnezium çatışmazlığı bütün bədənimizdə simptomatik bir mənzərəyə səbəb ola bilər.

 

Mütəxəssislər maqnezium azlığının ağır metalların beyində yığılmasına səbəb olduğunu söyləyirlər. Bunun isə Parkinson, dağınıq skleroz və Alzheimer xəstəliklərinə yol açdığına dair sübutlar mövcuddur. Əlavə olaraq bu ağır metal yığılması səbəbindən uşaqlarda öyrənmə pozğunluqları görülür. Bunun xaricində ürək bulanması və qusma, əzələ sancmaları, ürək ritminin pozulması və yuxusuzluğun səbəbi də maqnezium çatışmazlığından qaynaqlana bilər. Araşdırmalar göstərir ki, əslində, bir çox qidanın tərkibində maqnezium olsa da, yenə də insanlarda bu mineralın çatışmazlığı müşahidə olunur. Bunun bir səbəbi kənd təsərrüfatında tez-tez istifadə olunan heyvan gübrələri, böyük miqdarda kalium və fosfor ehtiva etdiyi üçün bitkilərdəki maqnezium səviyyəsinin azalmasıdır. Digər səbəb yaş, cinsiyyət, xroniki xəstəlik və həyat tərzinə görə müşahidə edilir. 

 

Qızardılmış, qaynadılmış və s. bu kim yüksək temperaturda bişirilən qidalarda maqneziumun miqdarı aşağı enir. Yüksək karbohidrat və yağlı pəhriz, zehni və fiziki stress də maqnezium çatışmazlığına səbəb ola bilər. Bundan əlavə, yaşla əlaqədar insanlarda bağırsaqda maqnezium sorulması azaldıqca maqnezium çatışmazlığı yaranır. Qeyri-dəqiq pəhrizlər, alkoqol və siqaret alışqanlığı da maqnezium çatışmazlığına səbəb olan amillərdəndir.

 

Mütəxəssislər uşaqların inkişafı zamanı orqanizmin maqneziuma ehtiyacının artdığını qeyd edir və bu dövrdə çox diqqətli olmağı tövsiyə edir. Maqnezium sinir sistemi üçün antistress dərman hesab olunur. Bu mineral orqanizmdə vitamin C, kalsium, fosfor və digər bəzi həyat əhəmiyyətli maddələrin orqanizmdən sorulması üçün vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub