Koronavirusa qarşı immunitet yaradan - Ananas detoksu
08.10.2020 21:13

Ananas detoksu maddələr mübadiləsini sürətləndirir və yüksək lif tərkibi ilə toxluq hissi yaradır. Bu xüsusiyyəti ilə ananas artıq çəkidən xilas olmaq istəyən insanlar tərəfindən üstünlük verilən qidadır. Həmçinin, dünyada artmağa davam edən koronavirusa qarşı immuniteti gücləndirməyə kömək edir. Tropik meyvə olan ananas bir çox vitamin və minerallarla zəngindir.

Aztibb.az xəbər verir ki, tərkibindəki xüsusi yağ yandırıcı maddələr sayəsində yağları parçalayır və bədənin su ehtiyacını qarşılayır. Gündəlik qidalanmada bəzi istənməyən yanlışlar bədənin toksinlərə məruz qalmasına səbəb olur. Ananas detoksu bədəni bütün bu zərərli maddələrdən təmizləmək və cavanlaşdırmaq üçün ideal seçimdir. Ananas detoksu bədəni yığılmış toksinlərdən təmizləməklə yanaşı, soyuqdəymə müalicəsindən sümüklərin möhkəmlənməsinə, hətta dəri sağlamlığının qorunmasına qədər bir çox faydası var. Ananas detoksu stresdən yaranan zehni yorğunluğu aradan qaldırmağa kömək edir. Nəzərə alsaq ki, payız-qış aylarının gəlişi soyuqdəymə və öskürək kimi problemləri də özü ilə gətirir.  Ananas bu kimi xəstəliklərin müalicəsi üçün də istifadə edilə bilər.

 

Təzyiqin aşağı salınmasından xərçəngin qarşısının alınmasına qədər güclü təsiri olan ananas, bədəndəki şişkinlikdən qaynaqlanan ödəmin aradan qaldırılmasını təmin edir. Bundan əlavə, doydurucu xüsusiyyəti ilə insanı qəlyanaltılardan uzaqlaşdıraraq daha az yeməyə kömək edir. Orqanizmi təmizləyən ananas detoksu daha parlaq və sağlam bir dəri görünüşü bəxş edir.

 

Qeyd edək ki, qan təzyiqi, diabet və böyrək xəstəlikləri kimi xroniki xəstəlikləri olanlar ananas detoksu tətbiq etməməlidir. Lakin heç bir sağlamlıq problemi olmayan və arıqlamaq istəyənlər ananas detoksunu sınaya bilərlər. Ananas detoksunun 3-4 gündən artıq müddətdə istifadəsi yorğunluq kimi bəzi simptomlara səbəb ola bilər.

 

Diqqətlə hazırlanmış ananas detoksu ilə 3 gündə 3-4 kilo yağ yandıra bilərsiniz. Əlavə olaraq edəcəyiniz məşqlər daha şux və gümrah bir bədən forması əldə etməyinizə kömək edəcək. Ananas detoksu qəbul edərkən bədəninizdəki ödəmdən xilas olmaq üçün daha çox su içməyiniz məsləhətdir. Suyu yaşıl çay ilə də əvəzləmək olar. Bu, həm də orqanizmin maddələr mübadiləsini sürətləndirməyə və həzm sisteminin işinə kömək edəcək.

 

3 gün tətbiq edəcəyiniz ananas detoksu resepti:

 

Səhər yeməyi: 2-3 dilim ananas, 3 xörək qaşığı yulaf əzməsi və 1 stəkan qatıq qarışımı.

 

Nahardan öncə: Təzə sıxılmış 1 stəkan ananas şirəsi, 1 dilim qızardılmış taxıl çörəyi, 1 ədəd qaynadılmış yumurta.

 

Nahar: Az yağlı tərəvəz yeməyi (100 qr.), Qaynadılmış toyuq və ya balıq (150 qr.) (və ya eyni miqdarda ton balığı).

 

Qəlyənaltı: 1 stəkan təzə sıxılmış ananas suyu, 1 stəkan yağsız qatıq.

 

Şam yeməyi: 100 qr. qaynadılmış toyuğun döş əti, bol göyərti və ananaslı salat.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub