Qaşlara düzgün qulluq qaydaları - Həkim məsləhəti
08.10.2020 17:57

"Qaşlar üz cizgiləri arasında önəmli yer tutur. Üz ifadəsi, emosiyalar qaşlarla tamamlanır".

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim trixoloq Samirə Səmədova qaşların daha sıx və gözəl olması üçün düzgün qulluq qaydaları haqqında danışarkən deyib.

 

O, bildirib ki, qaşlara qulluq onları düzgün təmizləməkdən başlayır:

 

"Qadınların əksəriyyəti istifadə etdikləri gecə və gündüz kremlərini, dekorativ kosmetikanı qaşlarına da çəkirlər. Bu, ən çox yayılan səhv addımdır. Çünki, bu vasitələr dəri məsamələrini tutur, qaşdakı tüklər yüklənir, beləliklə tüklərin inkişafı zəifləyir və hətta tökülə bilir. Ona görə həm makiyaj etdikdə, həm də gecə və gündüz kremi çəkdikdən sonra qaşları pambıq disklə silmək lazımdır.

Gündə iki dəfə qaşlara masaj istifadə etmək tövsiyə olunur. Masaj qan dövranını yaxşılaşdırmaqla tüklərin inkişafına müsbət təsir edir. Barmaqların ucu ilə yüngül döyəcləmə və ya cimdikləmə, vibrasiyaedici hərəkətlərlə masaj etmək olar".

"Qaşlara qullugun ən vacib hissəsi follikulları qidalandırmaq və möhkəmləndirməkdir. Bu məqsədlə yağlardan istifadə olunur. Yağlar qaşdakı tüklərin keyfiyyətini yaxşılaşdırır və böyüməsini sürətləndirir.


Buraya kokos, jojoba, gənəgərçək, badam yağları və s. daxildir.

Bu yağları tək və ya bərabər hissələrlə qarışdırıb istifadə etmək olar. Müsbət nəticə almaq üçün ardıcıl və uzun müddət istifadə etmək lazımdır. Yağı qaşlara çəkərkən bir damcı kifayət edir. Əks halda dəri qıcıqlanır ki bu zaman məsamələr tutula və iltihablaşa bilər. Əgər qaşlarınızı korreksiya etmisinizsə, sağalmadan yag çəkməyin", - deyə, həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub