Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda daha bir riskli əməliyyat icra olunub
01.04.2023 17:07

48 yaşlı qadın uşaqlıq qanaxması ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edib. Müayinə zamanı pasiyentdə iki uşaqlıq, iki uşaqlıq boynu (uşaqlıq boynunun biri digərinin servikal kanalına açılır), iki uşaqlıq borusu kimi ciddi inkişaf qüsurları aşkarlanıb.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, geniş şəkildə aparılan müayinələrin nəticəsi olaraq pasiyentə miomatoz uşaqlıq, hematosalpinks, endometriyanın hiperplaziyası, uşaqlığın inkişaf anomaliyaları diaqnozları qoyulub və hər iki uşaqlığın artımlarla birlikdə ekstirpasiyası əməliyyatı təyin olunub.

Hər iki uşaqlığı qidalandıran damarların anomal yerləşməsi, endoserviksin iki, ekzoserviksin bir olması əməliyyatın çətin keçməsinə səbəb olub.

 

Baş həkim Elmar Qaçabəyov, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri Nurəngiz Əhmədova, mama-ginekoloqlar Aysel Bəyişova və Yeganə Axundovanın iştirakı ilə əməliyyat fəsadsız şəkildə uğurla sonlanıb və hər iki uşaqlıq xaric edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev